"Üç yaşında uşaq nitqi tam şəkildə anlayır" - Loqoped

 15:14 12.11.2025     363

"Üç yaşında uşaqlarda nitq inkişafı mühüm mərhələdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instaqram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova bildirdi.

Loqopedin sözlərinə görə, oğlanlarda iki yaş yarımdan etibarən söz ehtiyatı artır, qızlarda isə bu bir az erkən müşahidə olunur:

"Lakin üç yaşda mərkəzi sinir sistemi sağlam olan uşaqlarda bu fərqlər aradan qalxır və oğlanlar ilə qızlar arasında bərabərləşmə baş verir. Üç yaşlı uşaq artıq iki-üç sözdən ibarət cümlələrlə fikrini ifadə edə bilir, nitqi tam şəkildə anlayır və ona edilən müraciətləri düzgün yerinə yetirir. Uşaq kommunikasiyaya aktiv qoşulur, fikirlərini cümlələrlə ifadə edir. Səslərin düzgün tələffüzü formalaşır, sual, nəql və əmr cümlələri kimi müxtəlif cümlə növlərini istifadə edə bilir".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən