Uşaqda nitq qüsurluğu varsa, valideyn nə etməlidir? - Mütəxəssisdən İZAH
“Nitqin yaşa uyğun inkişaf etmədiyinin əlamətlərini görsəniz, möcüzə gözləməyin, dərhal mütəxəssislərlə müraciət edin”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instaqram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova qeyd etdi.
Onun sözlərinə görə, bir çox valideynlər bəzən kənar təzyiqlərə məruz qalırlar:
"Mənim nəvəm, qardaşım oğlum və s. 5 yaşında tam cümlələrlə danışmağa başladı, deyən qohumlara, qonşulara və dostlara qulaq asmayın. Mütəxəssislərin vaxtında müdaxiləsi olmasa, nitq qüsurları aradan qaldırılmasa və ya geciksə, problemlər məktəb illərində, ən ağır hallarda isə həyat boyu davam edə bilər”.
Nuriyyə NATİQQIZI













