Uşaqlar hansı hərfləri deməkdə çətinlik çəkir?

 15:22 12.11.2025     375

"Ən çox rastlaşdığımız səslər “r”, “l” və “j” səsləridir. Amma elə uşaqlar var ki, bəzən asan səsləri belə, məsələn, aylarla düzgün avtomatlaşdıra və korreksiya edə bilmir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instaqram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova bildirdi.

Onun sözlərinə görə, uşağın potensialı, artikulyasiya aparatının quruluşu, fonematik eşitmənin rolu və baş beyin qabığının nə dərəcədə funksional olması önəmlidir:

"Yəni hər şey uşağın fərdi potensialından asılıdır. Bəzən olur ki, “r” səsi çətin hesab olunur, amma uşaqda birdən formalaşır və 10 dərsdə avtomatlaşır. Bəzən isə altı ay davam edən proses nəticəsində belə uşaqda tam oturmur. Buna görə də uşağın potensialı çox vacib amildir. Ümumiyyətlə, hər şeyi birmənalı demək düzgün deyil. Bilirsiniz, uşaqdan-uşağa fərq var, yanaşmadan fərq var, dərsin gedişatından fərq var. Yəni burada çox amil rol oynayır".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən