Soyuq hava dişlərə zərər verə bilər - Həkim

 09:03 13.11.2025     466

Böyük Britaniyalı stomatoloq Raca Cunediçi bildirib ki, qış aylarında dişlərin üst qatı daha həssas olur.

Redaktor.az xəbər verir ki, həkim soyuq havanın dişlər üzərində görünməyən təsirini "HuffPost"la söhbətində izah edib.

Stomatoloq qeyd edib ki, temperaturun davamlı dəyişməsi səbəbindən dişlər qışda daha tez ağrıya və həssaslığa məruz qalır. Onun sözlərinə görə, küçədə içilən isti bir fincan qəhvə dişlərdə kəskin ağrıya səbəb ola bilər.

Həkim əlavə edib ki, soyuq hava dişlərin üst qatına və plomblara zərər verə bilər. İstidən soyuğa keçdikdə dişlər bir qədər genişlənir və daralır, zamanla bu isə mikrötkülərə və köhnə plomblara zərər verə bilər.

Raca Cunediçi həmçinin vurğulayıb ki, mənfi temperaturda bir çox insan tükənmiş tüpürcək və ağızda quruluq problemi ilə üzləşir. O bildirib ki, tüpürcək olmadıqda ağızda bakteriyalar daha sürətlə çoxalır, bu isə pis iyə və diş zədələnməsinə səbəb ola bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən