“Tez yatma” qaydaları mifdir - Həkim əsl təhlükəni göstərdi

 10:13 14.11.2025     430

Yuxusuzluğun müalicəsi üzrə ixtisaslaşan ümumi praktika həkimi Devid Qarli sürətli yuxuya getmə metodlarının guya faydalı olması barədə yayılan mifləri təkzib edib və onların təhlükəli ola biləcəyini bildirib.

Redaktor.az xəbər verir ki, onun fikirləri "Daily Mail" tərəfindən yayımlanıb.

Həkimin sözlərinə görə, insanın dərhal yatması normal hal deyil. Adətən yuxuya getmək üçün təxminən 20 dəqiqə vaxt lazımdır.

Əgər insan 2-5 dəqiqəyə yuxuya gedirsə, bu, çox güman ki, orqanizmin həddindən artıq yorulduğunu göstərir. “Bunun səbəbi adenozin adlı maddədir. O, oyaq qaldığımız müddətdə orqanizmdə toplanır və miqdarı artdıqca yuxululuq da güclənir”, - deyə Qarli bildirib.

Somnoloq əlavə edib ki, müxtəlif “tez yatma” texnikaları bu bioloji prosesi nəzərə almır və çox vaxt faydasız olur, hətta yuxusuzluğu daha da ağırlaşdırır.

“Yuxunu düzəltmək üçün nə qədər çox çalışırsınızsa, bir o qədər pis yatırsınız. Buna görə də bəzən cəhdləri dayandırmaq və özünüzə oyaq qalmağa icazə vermək daha yaxşıdır”, - deyə mütəxəssis vurğulayıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən