Xroniki yuxu çatışmazlığı immuniteti ZƏİFLƏDİR
Xroniki yuxusuzluq immun sistemində problemlərə və çəki artımına gətirib çıxara bilər.
Redaktor.az xəbər verir ki, bu barədə psixoloq və somnoloq Syu Pikok "Metro" nəşrinə danışıb.
Mütəxəssisin sözlərinə görə, yuxu zamanı immun sistemi infeksiyalarla mübarizə aparan sitokinlər adlı qoruyucu maddələr müəyyən edir. Sitokinlər həm insanın yuxuya getməsinə yardım edir, həm də orqanizmin xəstəliklərə qarşı mübarizəsi üçün daha çox enerji yaradır. Həkim qeyd edib ki, əgər insan kifayət qədər yatmırsa, bu maddələrin istehsalı azalır, nəticədə immunitet zəifləyir, xəstəliklərə qarşı həssaslıq artır və sağalma müddəti uzanır.
Aytəkin TOFİQQIZI













