Gənc qızın insult zamanı hiss etdiyi tək SİMPTOM

 13:49 17.11.2025     514

Böyük Britaniyada yaşayan 20 yaşlı Ester Littlvud insult keçirib və ona qədər müşahidə etdiyi yeganə simptomu açıqlayıb.

Redaktor.az xəbər verir ki, onun hekayəsini "Metropoles" nəşri yayıb.

Hadisə 2025-ci ilin iyununda baş verib. Littlvud evdə televiziya izləyərkən qəfil güclü baş ağrısı hiss edib. O, parasetamol qəbul edib və yatmağa qərar verib. Bir neçə saat sonra isə gənc qadın yatağında huşsuz vəziyyətdə tapılıb.

Ester dərhal xəstəxanaya çatdırılıb və həkimlər onu süni komaya salmaq qərarı veriblər. Müayinələr zamanı xəstədə insult diaqnozu təsdiq olunub.

Littlvud xəstəxanada cəmi iki həftə qalsa da, onun bərpa prosesi hələ də davam edir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən