Soyuqdəymə zamanı immuniteti gücləndirən MƏHSULLAR

 16:32 17.11.2025     633

Dietoloq Nataliya Galan bildirib ki, soyuqdəymə zamanı daha tez sağalmaq üçün gündəlik qidalanma rasionunda müəyyən dəyişikliklər edilməlidir.

Redaktor.az xəbər verir ki, o,  xəstəlik dövründə mütləq gündəlik menyuya daxil edilməli olan altı məhsulu "El Periodico de Espana" nəşrinə açıqlayıb.

Galanın sözlərinə görə, kəskin respirator virus infeksiyası (KRVİ) zamanı sarımsağın istifadəsi artırılmalıdır. “Bu antibakterial məhsul öskürək əleyhinə, bəlğəmgətirici və mukolitik xüsusiyyətlərə malikdir, buna görə də soyuqdəymə ilə mübarizə üçün mükəmməldir”, - deyə o bildirib.

Həkim qeyd edib ki, soğan da sarımsaqla oxşar xüsusiyyətlərə malikdir. Onun sözlərinə görə, zəncəfil burun tıxanıqlığını aradan qaldırır, tənəffüs yollarını təmizləyir və bəlğəmi duruldur.

Mütəxəssisin fikrincə, kivi, yumurta və balqabağın qəbulu immuniteti gücləndirir ki, bu da infeksiyalarla mübarizədə mühüm rol oynayır. Galan xəstəlik dövründə bu məhsulların rasionda mütləq yer almalı olduğunu vurğulayıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən