"Antibiotik kursunun yarımçıq saxlanılması mikrobların tam məhv olmamasına səbəb olur"

 15:14 19.11.2025     720

"Antibiotiklərin düzgün istifadə qaydalarına həm həkimlərin, həm də pasiyentlərin ciddi şəkildə əməl etməsi zəruri sayılır".

Redaktor.az xəbər verir k, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qeyd etdi.

Həkim vurğuladı ki, pasiyent özünü yaxşı hiss etdikdə dərman qəbulunu vaxtından əvvəl dayandırmamalıdır:

"Antibiotik kursunun yarımçıq saxlanılması mikrobların tam məhv olmamasına səbəb olur və onların gələcəkdə daha davamlı hala gəlməsinə şərait yaradır. Antibiotik seçimi, dozanın təyin edilməsi və müalicə müddətinin düzgün planlaşdırılması həm xəstənin sağalması üçün, həm də cəmiyyətin gələcəkdə rezistent mikroorqanizmlərlə üzləşməməsi üçün həyati əhəmiyyət daşıyır".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən