Hansı hallarda uşaqlara antibiotik təyin olunur? - İnfeksionist AÇIQLADI
"Uşaqlara antibiotik təyin edilərkən xüsusi diqqət tələb olunur. Uşaqlara dərmanı yalnız pediatr, yəni uşaq həkimi təyin etməlidir. Çünki uşaqlar üçün dərmanların dozası və qəbul qaydası böyüklərdən fərqlənir".
Redaktor.az xəbər verir k, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirdi.
Həkimin sözlərinə görə, uşaqlarda antibiotiklər yaşa görə deyil, çəkiyə görə dozalanır:
"Dozanın çəkidən asılı olaraq düzgün müəyyən edilməməsi dərmanın toksik təsir göstərməsinə səbəb ola bilər. Uşaq orqanizmi böyüklərə nisbətən daha həssas olduğundan antibiotik təyinində xüsusi məsuliyyət tələb olunur. Uşaqlara antibiotik yalnız həkimin zəruri hesab etdiyi hallarda bakterial infeksiyaya dair klinik və laborator əsaslar olduqda təyin edilir. Yanlış və nəzarətsiz antibiotik istifadəsi uşaqlar üçün ciddi təhlükələr yarada bilər".
Nuriyyə NATİQQIZI













