Hərəkətsiz həyat tərzi siqaret qədər zərərlidir - Kardioloq

 09:10 20.11.2025     1748

Kardioloq Liviya Santana xəbərdarlıq edib ki, az hərəkətli həyat tərzinin ziyanı siqaretin vurduğu ziyanla müqayisə oluna bilər.

Redaktor.az xəbər verir ki, o bu geniş yayılmış vərdişin təhlükələri barədə "Terra" nəşrinə danışıb.

Mütəxəssisin sözlərinə görə, insan orqanizmi hərəkət üçün yaradılıb. Uzun müddət eyni vəziyyətdə qalmaq qan dövranının zəifləməsinə, yağların yığılmasına və insulinə qarşı həssaslığın azalmasına səbəb olur ki, bütün bunlar ürəyə əlavə yük gətirir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən