Dodaqları daim dişləmək xərçəng riskini artırır - Həkimdən XƏBƏRDARLIQ

 09:40 20.11.2025     2114

Onkoloq İrina Antonova bildirib ki, davamlı olaraq dodaq və ya yanaqları dişləmək ağız boşluğunda xroniki travmaya səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, aif.ru ilə söhbətində o, bu vərdişin ölümcül təhlükə daşıya biləcəyini qeyd edib.

Antonovanın sözlərinə görə, insan illərlə bu travmanı hiss etməyə bilər, lakin toxumaların davamlı zədələnməsi bədxassəli şişlərin yaranmasına gətirib çıxara bilər. Belə hallarda ağızda sağalmayan yara əmələ gəlir, hansı ki, ağrı və narahatlıq yaratmır.

“Əgər ağızdakı yara 10-14 gün ərzində, stomatoloqun təyin etdiyi müalicəyə baxmayaraq sağalmır və ağrı vermirsə, bu, onkoloqa dərhal müraciət etmək üçün ciddi səbəbdir, hətta xaricdən görünüşcə adi dişləmədən fərqlənməsə belə”, – deyə həkim izah edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən