Tromboz qəfil yaranmır: Zərərli vərdişlər uzunmüddətli təsir göstərir

 11:50 21.11.2025     2156

Tromboz tez-tez qəfil və təhlükəli hadisə kimi qəbul edilir, lakin həkimlər bildirirlər ki, əslində bu, insanın uzun illər ərzində öz vərdişlərinin damarlar üzərində yaratdığı təsirin nəticəsidir.

Redaktor.az xəbər verir ki, bu haqda fizioloq Aleksandr Kalyujin lenta.ru-ya danışıb.

Fizioloq izah edib ki, siqaret endoteliyaya - damarların daxili qatına ciddi zərər verir.

“Siqaret tüstüsündəki toksinlər xroniki mikroiltihaba səbəb olur, trombositləri aktivləşdirir və qanı daha ‘yapışqan’ edir. Artıq çəki və hərəkətsiz həyat tərzi tromboz riskini qat-qat artırır. Uzun müddət oturmaq ayaqlarda venoz qan durğunluğuna gətirib çıxarır ki, bu da trombun yaranması üçün ideal şərait yaradır”, - deyə Kalyujin bildirib.

Həkim əlavə edib ki, susuz qalmaq, xüsusilə spirt qəbulu sonrası, qanı daha yoğunlaşdırır, bu da damar içində laxtalanma riskini artırır. Eyni zamanda, hormonal kontraseptivlər, anaboliklər və həkim məsləhəti olmadan qəbul edilən “hormonal” əlavələr də əlavə risk yaradır, xüsusilə siqaret və piylənmə fonunda.

Ekspert qeyd edir ki, trombozdan qorunmaq üçün zərərli vərdişləri azaltmaq, hərəkətli həyat tərzi sürmək və kifayət qədər su qəbul etmək həyati əhəmiyyət daşıyır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən