Burun tüklərini yolmaq ölümcül ola BİLƏR
Otolarinqoloq və cərrah Tonya El Farmer xəbərdarlıq edib ki, burun tüklərinin yolunması ölümcül təhlükə yarada bilər. Onun sözlərinə görə, bu vərdiş ciddi fəsadlara gətirib çıxara bilər.
Redaktor.az xəbər verir ki, məlumatı "Daily Mail" yayıb.
Farmer bildirib ki, burun üzün “ölüm üçbucağı” adlanan hissəsi qan damarları baxımından baş beynin dərin strukturları ilə bağlıdır. Dəriyə edilən hər hansı zədələnmə infeksiyanın beyinə keçmə riskini artırır.
Həkim əlavə edib ki, xüsusilə stafilokokk aureus və müxtəlif streptokokklar təhlükəlidir.
“Bu bakteriyalar dərimizdə yaşayır, amma qan dövranına düşdükdə şişlik, qızartı və ağrı yarada bilər; nadir hallarda isə beyinə yayıla bilər,” - deyə o xəbərdarlıq edib.
O əlavə edib ki, bəzən bu sahədə yaranan infeksiya sepsis və trombozu da tetikleyə bilər.
Aytəkin TOFİQQIZI













