Diş minasını ən çox ləkələyən QƏHVƏ

 11:15 25.11.2025     331

Stomatoloq Şiv Pabari diş minasını ən çox ləkələyən qəhvə növü barədə danışıb.

Redaktor.az xəbər verir ki, həkim bunu "Daily Mail"ə müsahibəsində bildirib.

Pabarinin sözlərinə görə, Cənubi Koreyada aparılan bir araşdırma göstərib ki, robusta dənələrindən hazırlanan qəhvəni üstün tutan insanların dişləri, arabika sevənlərlə müqayisədə, daha ağ olur. Alimlər bu fərqi belə izah edirlər: robusta dənələri arabikaya nisbətən daha az turşudur. Turşuluğu yüksək olan məhsullar isə diş minasını yumşaldır və nəticədə içkilərdəki rəngləndirici maddələrin minaya daha asan nüfuz etməsinə səbəb olur.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən