Təngnəfəslik hansı hallarda təhlükəli sayılır?
Terapеvt Svetlana Burnatskaya bildirib ki, təngnəfəslik bir çox ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.
Redaktor.az xəbər verir ki, o, təngnəfəslik hansı hallarda təcili həkimə müraciət tələb etdiyini lenta.ru-ya danışıb.
Burnatskayanın sözlərinə görə, hər təngnəfəslik təhlükəli deyil, lakin bəzi hallarda dərhal tibbi yardım tələb olunur.
“Əgər nəfəsalma qəfil pozulursa, sinədə ağrı yaranırsa, bəlğəmdə qan görünürsə, güclü halsızlıq və ya dodaqlarda göyərmə müşahidə olunursa - bu, təcili tibbi yardıma müraciət etmək üçün ciddi səbəbdir”, - deyə o bildirib.
Aytəkin TOFİQQIZI













