Qulağın düzgün təmizlənməməsi eşitmə itkisinə səbəb ola bilər
Həkim Suraj Kukadiya bildirib ki, qulağın düzgün təmizlənməməsi müvəqqəti və ya daimi eşitmə itkisinə gətirib çıxara bilər.
Redaktor.az xəbər verir ki, mütəxəssis bu ahqda life.ru-ya danışıb.
Həkimin sözlərinə görə, qulaq gigiyenasında ən böyük səhv pamuk çubuqlarının istifadəsidir. Onlar qulaq yağını kifayət qədər təmizləmir, əksinə eşitmə kanalına zərər verərək hətta eşitmənin tam itirilməsinə səbəb ola bilər.
“Bu, daxili qulağın salyangozundakı tüklü hüceyrələrin zədələnməsi nəticəsində baş verir. Əvvəlcə qulaqlarda səs-küy yaranır, bu, sağlam qalan sahələrin həddindən artıq yüklənməsindən irəli gəlir. Nəticədə isə bu, xroniki eşitmə itkisinə gətirib çıxarır,” - deyə həkim izah edib.
Aytəkin TOFİQQIZI













