Qəhvənin təzyiq ölçülməsinə təsiri düşündüyümüz qədər təhlükəli DEYİL
Kardioloq Tamaz Qaqloshvili qəhvənin arterial təzyiqin ölçülməsi zamanı əldə olunan göstəricilərə necə təsir etdiyini izah edib.
Redaktor.az xəbər verir ki, o, bu barədə YouTube kanalında danışıb.
Həkimin sözlərinə görə, adətən təzyiq ölçülməsindən əvvəl qəhvə içmək tövsiyə olunmur, lakin bu, kifayət qədər mübahisəli mövzudur. Qaqloshvili isə əksinə, qəhvənin əleyhinə olmadığını bildirərək pasiyentlərinə onun qəbuluna icazə verdiyini deyib.
Aytəkin TOFİQQIZI













