Kardioloqlar ürək sağlamlığını qoruyan ideal səhər yeməyini açıqladılar
Kardioloqlar Kumar Sarkar, Arlin Barseqyan və Diana Steytiye bildiriblər ki, qidalanma ürək sağlamlığına birbaşa təsir edir.
Redaktor.az xəbər verir ki, onlar "La Razon" nəşrinə müsahibələrində ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edən üç növ səhər yeməyi təklif ediblər.
Sarkarın təklif etdiyi variantlardan biri lavaşdan hazırlanmış roldur. Həkim bildirib ki, içlik kimi bərk bişmiş yumurta və ya omlet, hind toyuğu dilimləri, yarım avokado və bir az rukkola əlavə etmək olar. Onun sözlərinə görə, bu yemək uzun müddət toxluq hissi yaradan zülal və liflə zəngindir, həmçinin qanda xolesterin səviyyəsini normallaşdıran faydalı yağlar ehtiva edir.
Aytəkin TOFİQQIZI













