Yaşlandıqca zehni sağlamlığı gücləndirən gözlənilməz üsullar - Həkim AÇIQLADI
İdrak sağlamlığını möhkəmləndirməyin bir çox sadə yolu var.
Redaktor.az xəbər verir ki, bu haqda terapevt Andrey İlnitski life.ru-ya açıqlamasında bildirib.
İlnitskinin sözlərinə görə, 60 yaşdan sonra zehni çevikliyi və aydın düşünməni qorumağa kömək edən amillərdən biri mənəvi məşğuliyyətlərdir. Meditasiya, fəlsəfi və ya dini kitabların oxunması beyin üçün xeyirlidir. Həkim vurğulayıb ki, bu metod, xüsusilə hərəkət məhdudiyyəti olan insanlar üçün uyğundur, çünki insanı çətin vəziyyətlərdə belə daxili məqsəd və mənanı tapmağa sövq edir.
Həkimin ikinci məsləhəti ünsiyyət dairəsini genişləndirməkdir.
“Yeni insanlar - bu yeni söhbət mövzuları və fərqli baxış bucaqları deməkdir. Bunların hamısı beyin üçün əla məşqdir. Qonşularla, ortaq maraqları olan tanışlarla, keçmiş həmkarlarla ünsiyyət qurmaq faydalıdır. Eyni zamanda rəqəmsal ünsiyyəti də nəzərə almaq lazımdır: messencer yazışmaları, videozənglər, sosial şəbəkələrdə rəy yazmaq müəyyən dərəcədə beynin fəaliyyətini stimullaşdırır”, - deyə həkim qeyd edib.
Aytəkin TOFİQQIZI













