Uzunömürlü insanların beyinləri necə cavan qalır? - ARAŞDIRMA

 17:25 04.12.2025     352

80-90 yaşlı uzunömürlü insanlar ağıl aydınlığını əsasən aktiv sosial həyat sayəsində qoruyur.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin Henry Ford Xəstəxanasının nevroloqu Baybin Çən məlumat verib.

Mütəxəssis bildirib ki, müntəzəm fiziki fəaliyyət və balanslı qidalanma yaşla əlaqəli beyin dəyişikliklərini yavaşladır, lakin sosial aktivlik uzunömürlü insanları digərlərindən fərqləndirir və onların düşüncə aydınlığını saxlayır.

Çən qeyd edib ki, araşdırmalar göstərir ki, uzunömürlü insanlarda beyin qabığının ön tərəfli qıvrımı daha yaxşı inkişaf edib. Bu sahə emosiyaların tənzimlənməsi, diqqətin qorunması və sosial qarşılıqlı əlaqələrdə iştirak üçün vacibdir.

Ekspertin sözlərinə görə, insanlar arasında ünsiyyət beyin üçün mürəkkəb bir məşq funksiyasını yerinə yetirir: eyni anda yaddaş, empatiya, nitqin qavranması və diqqət kontrolu ilə bağlı neyron şəbəkələri aktivləşir. Bu səbəbdən sosial davranış kognitiv funksiyaların qorunmasında ən güclü stimullardan biridir.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən