Şuba salatının gözlənilməz FAYDASI

 20:49 16.12.2025     467

Şuba salatının sağlamlıq üçün faydalı ola biləcəyini həkim-qastroenteroloq Yevgeni Belousov bildirib.

Redaktor.az xəbər verir ki, o, bu məşhur salatın gözlənilməz xüsusiyyətlərini “İzvestiya” nəşrinə verdiyi müsahibədə açıqlayıb.

Həkimin sözlərinə görə, çuğundurla balığın birgə istifadəsi ürək-damar sisteminə müsbət təsir göstərir.

“Çuğundur damarları genişləndirən təbii maddə olan azot oksidinin ifrazını stimullaşdırır. Bu isə təzyiqin yumşaq şəkildə azalmasına və damar spazmlarının riskinin azalmasına kömək edir”, - deyə Belousov izah edib.

O, həmçinin çuğundurun həzm üçün də faydalı olduğunu vurğulayıb. Siyənək balığı isə damar sağlamlığı üçün vacib olan omeqa-3 yağ turşuları ilə zəngindir.

Bundan başqa, salatın tərkibində A vitamini ilə zəngin qaynadılmış kök, C vitamini bol olan soğan və tam dəyərli zülal mənbəyi sayılan yumurta da var. Bu komponentlər orqanizmi enerji ilə təmin edir və uzun müddət toxluq hissi yaradır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən