"Qadınlar öz sağlamlığına laqeyd yanaşmada 1-ci sıradadır" - Həkimdən ÇAĞIRIŞ

 15:33 17.12.2025     1183

"Qadınlar çox vaxt öz sağlamlıqlarına laqeyd yanaşırlar".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova bildirdi.

Onun sözlərinə görə, qadınlarda ən çox süd vəzi xəstəlikləri, uşaqlıq və uşaqlıq yolu ilə bağlı problemlər, qalxanabənzər vəz (tiroid) pozğunluqları, qanazlığı kimi halların aşkar edilməsi buna nümunədir:

"Xüsusilə qanazlığına bir çox qadın adi hal kimi yanaşır. Halbuki bu problem dərinləşdikcə həyat keyfiyyətinə ciddi təsir göstərir, müxtəlif simptomlar və fəsadlar yaradır. Buna görə də mütləq diqqətdə saxlanılmalıdır. Hər bir insan ayrı-ayrı fərddir və ailənin hər üzvü öz sağlamlığına ayrıca diqqət yetirməlidir. Qadınlar isə adətən hamının qayğısına qalır, lakin özlərini son plana atırlar, öz sağlamlıqlarını unudurlar".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən