Bu halda "olivye" salatında mikroorqanizmlər sürətlə çoxalır - Açıqlama

 11:39 18.12.2025     512

Temperatur 5 dərəcə yüksək olduqda "olivye" salatında mikroorqanizmlər sürətlə çoxalır, bu isə salatın xarab olmasına və zəhərlənmə riskinə səbəb olur.

Redaktor.az xəbər verir ki, bu barədə kimya kafedrasının müəllimi Kseniya Kuznetsova lenta.ru-ya açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, qida təhlükəsizliyi baxımından "olivye" salatını soyuducusuz saxlamaq üçün təhlükəsiz müddət mövcud deyil.

Onun sözlərinə görə, otaq temperaturunda artıq 1-2 saat sonra mikroflora, o cümlədən potensial patogen mikroorqanizmlər aktiv şəkildə çoxalmağa başlayır. Salatdakı yağlı emulsiyanın ayrılması isə onun konsistensiyasını pisləşdirir və mikroorqanizmlərin inkişafına şərait yaradır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən