"İcbari tibbi sığorta çərçivəsində icra olunmuş tibbi xidmətlərin sayında 17% artım müşahidə olunub" - İcraçı direktor
“2025-ci ilin 11 ayı ərzində tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində icra olunan tibbi xidmətlərin miqdarı 73 935 191, tibbi xidmətlərin məbləği isə 871 374 631 manat təşkil edib”.
Redaktor.az xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.
O bildirib ki, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi səhiyyə sisteminin maliyyələşmə, idarəetmə və xidmət keyfiyyəti baxımından yeni mərhələyə keçidini təmin edib:
“Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması, vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının təmin olunması məqsədilə tabeli tibb müəssisələrində bir sıra yeni xidmətlərin qurulması davam etdirilməkdədir”.
Nuriyyə NATİQQIZI













