Kimlər qırmızı kürüdən imtina etməlidir? - Həkim AÇIQLADI

 10:50 05.01.2026     410

Ürək və böyrək xəstəlikləri olanlar, hamilələr və uşaqlar qırmızı kürüdən imtina etməlidirlər.

Redaktor.az xəbər verir ki, bu haqda terapevt Dmitri Demidik life.ru ilə müsahibəsində bildirib.

“Kürünün qəbulu, xüsusilə spirtlə birlikdə istehlak edildikdə, təzyiqin yüksəlməsi və ürəyə əlavə yük yaratmaq riskini artırır”, - deyə həkim xəbərdarlıq edib. O əlavə edib ki, böyrək xəstəlikləri, xroniki böyrək çatışmazlığı və ödemə meyilli insanlara hətta bir-iki sendviç miqdarında ikra yemək tövsiyə olunmur. Yüksək duz tərkibi maye saxlanmasına səbəb olaraq ödem və təzyiqin artmasına gətirib çıxarır.

“Xroniki qastrit, mədə və onikibarmaq bağırsaq xorası, xroniki xolesistit və pankreatit kimi mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsi zamanı qırmızı kürü tövsiyə olunmur, çünki o, mədə şirəsinin ifrazını stimullaşdıraraq ürəkbulanma və yanğıya səbəb ola bilər”, - deyə mütəxəssis izah edib.

Aytəkin TOİFQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən