Metroda qulaqcıq istifadə edənlər diqqətli OLUN!

 09:17 13.01.2026     442

Metroda qulaqcıqla musiqi dinləmək vərdişi sağlamlıq üçün gizli risklər yarada bilər.

Redaktor.az xəbər verir ki, bu barədə həkim-otorinolaringoloq Larisa Vılejjanina lenta.ru-ya müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, mənfi təsirlərin əsas səbəbi musiqinin həddindən artıq yüksək səslə dinlənilməsidir. O bildirib ki, səsin gücü 100 desibeldən və daha yuxarı olduqda eşitmə analizatoru yorulur, eşitmə qabiliyyətinin kəskinliyi azalır və bu, zamanla eşitmə zəifliyinə səbəb ola bilər.

Vılejjanina əlavə edib ki, metroda qulaqcıqlardan uzunmüddətli istifadə eşitmənin geri dönməz şəkildə pisləşməsinə gətirib çıxara bilər. Onun sözlərinə görə, güclü akustik təsir nəticəsində daxili qulaqda yerləşən Korti orqanının tük hüceyrələri zədələnir. İlk əlamətlərə səfərdən sonra qulaqlarda tutulma hissi, müvəqqəti eşitmə zəifliyi, qulaqda cingilti və ya səs-küyün yaranması daxildir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən