Soyuq havada isti duş almaq sağlamlığa zərər verə bilər - Həkim xəbərdarlıq ETDİ

 12:17 14.01.2026     570

Terapevt həkim Donald Qrant soyuq havada isti duş qəbul etməyi vərdiş halına gətirməmək barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, buu barədə o, "Daily Mirror" nəşri ilə söhbətində danışıb.

Qrant qeyd edib ki, qış aylarında isti vanna və ya duş qəbul etmək çox xoşdur, lakin bundan həddindən artıq istifadə etməmək lazımdır. O izah edib ki, soyuq havada dəri artıq qapalı məkanlarda istilik və açıq havadakı soyuq səbəbindən quruyur. İsti suyun təsiri bu effekti daha da gücləndirir, çünki dəridən onu qoruyan və suyu saxlayan faydalı yağları alır.

“Həmişə mümkün olduqda, isti və ya bir az ilıq su seçin. Bu, həm üzün yuyulmasına, həm də əllərin yuyulmasına aiddir”, - deyə həkim tövsiyə verib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən