Dəmir çatışmazlığı anemiyası özünü necə göstərir? - AÇIQLAMA

 15:40 14.01.2026     645

"Dəmir çatışmazlığı anemiyası müxtəlif əlamətlərlə özünü göstərə və fərqli risk qruplarında daha çox müşahidə oluna bilər".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov dedi.

Mütəxəssis vurğuladı ki, hər hansı əməliyyat keçirən şəxslərdə əməliyyatdan sonrakı iki həftə, hətta bir ay ərzində təngnəfəslik və halsızlıq kimi şikayətlər yaranarsa, bu da dəmir çatışmazlığı anemiyası ilə əlaqəli ola bilər:

"Bəzi hallarda insan heç bir əməliyyat keçirmədən və qan itkisi olmadan da halsızlıq, yorğunluq, taqətsizlik, yuxu pozuntuları, tez-tez üşümə və ayaqlarda zəiflik kimi əlamətlər hiss edə bilər. Bu da dəmir çatışmazlığı anemiyasının göstəricilərindən biri ola bilər. Dəmir çatışmazlığı anemiyası adətən dəmir preparatları ilə müalicə olunur. Lakin özbaşına dəmir qəbulu yolverilməzdir. Çünki bu problemin arxasında gizli səbəblər ola bilər və həmin səbəblər aradan qaldırılmadan aparılan müalicə istənilən nəticəni vermir".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən