Xüsusi eynəklər gözlərin zəifləməsinin qarşısını ala bilər? - Oftalmoloqdan AÇIQLAMA
Oftalmoloq Mariya Çurganova kompüter qarşısında işləyərkən gözləri qorumağa yönəlmiş eynəklərin effektivliyini qiymətləndirib.
Redaktor.az xəbər verir ki, o, bu haqda lenta.ru ilə danışıb.
Həkim qeyd edib ki, kompüter qarşısında işləmək üçün xüsusi eynəklər gözlərin zəifləməsinin qarşısını ala bilməz. Onun sözlərinə görə, noutbuk və ya kompüter istifadəsində əsas təhlükə göz qırpmasının azalması və göz əzələlərinin davamlı gərginliyidir. Bundan əlavə, görmə qabiliyyəti pis işıqlandırma, kifayət qədər istirahət etməmək və otaqdakı mikroiqlim pozuntuları səbəbindən pisləşə bilər.
Çurganova həmçinin vurğulayıb ki, cihaz ekranlarından, o cümlədən kompüter monitorlarından gələn mavi işıq gözlər üçün təhlükəli deyil və onun qarşısını almaq üçün xüsusi qorunma tələb olunmur.
Aytəkin TOFİQQIZI













