Ağızdakı pis qoxunu aradan qaldıran QİDALAR

 09:22 27.01.2026     604

Stomatoloq-cərrah, ortoped Vyacheslav Minko ağızdan pis qoxunun aradan qaldırılmasına kömək edən beş qida kateqoriyasını açıqlayıb. 

Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda lenta.ru-ya danışıb.

Minko bildirib ki, nəfəsini təzələmək istəyənlər üçün pəhrizə liflə zəngin tərəvəzlər daxil etmək faydalıdır. Onlara brokoli, yerkökü, avokado, artişok və balqabaq daxildir. Bu tərəvəzlərdə olan qida lifləri mədə-bağırsaq sisteminin işini normallaşdırır və düzgün həzm prosesinə kömək edir.

Həkim xüsusilə almaya diqqət çəkib. Alma həm çox lif tərkibinə malikdir, həm də dişləri plaqlardan təmizləyir və nəfəsi təravətləndirir.

Mütəxəssis vurğulayır ki, bu qidaların gündəlik pəhrizə daxil edilməsi ağız sağlamlığı və təmiz nəfəs üçün çox faydalıdır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən