Alzheimer və dementiya üzrə yeni irəliləyiş

 21:23 27.01.2026     470

Professor Henri Brodati 2026-cı ildə Avstraliyada yaşlıların sağlamlığına verdiyi müstəsna töhfələrə görə "Senior Australian of the Year" mükafatına layiq görülüb. O, xüsusilə dementiya və Alzaymer xəstəliyinin profilaktikası sahəsində dünya miqyaslı tədqiqatçı kimi tanınır.

Redaktor.az xəbər verir ki, Brodati uzun illərdir “Maintain Your Brain” (Beyninizi Qoruyun) adlı irimiqyaslı layihəyə rəhbərlik edir. Layihənin əsas strateji hədəfləri aşağıdakılardan ibarətdir:

İnsanların koqnitiv qabiliyyətlərini qorumaq və onları daha da inkişaf etdirmək;

Düzgün qidalanma, fiziki aktivlik, sosial inteqrasiya vasitəsilə dementiya riskini azaltmaq;

Erkən mərhələdə Alzheimer simptomlarının yavaşlamasına və ya qarşısının alınmasına yardım etməkdir.

Tədqiqatın nəticələri göstərir ki, layihədə iştirak edən şəxslərin zehni fəaliyyətində və həyat keyfiyyətində illər ərzində əhəmiyyətli artım müşahidə olunub. Professor Brodati qeyd edir ki, digər dementiya növləri yalnız genetik amillərdən asılı deyil; burada həyat tərzi və ətraf mühit həlledici rol oynayır. O, beynəlxalq səviyyədə də alzheimer və yaşlılıq sağlamlığı tədqiqatlarının inkişafında öncül rol oynayır və bir çox ölkədə bu sahədə layihələr həyata keçirir. O, bu nailiyyətləri ilə həm elm dünyasında, həm də ictimaiyyət arasında nümunəvi rol oynayır.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən