Faydasız hesab edilən analizlər hansılardır? - Endokrinoloq AÇIQLADI

 08:53 06.02.2026     415

Endokrinoloq Maksim Kuznetsov faydasız hesab edilən altı hormon analizinin siyahısını tərtib edib.

Redaktor.az xəbər verir ki, həkim bu barədə öz "Telegram" kanalında məlumat verib.

Kuznetsov qanda insulin səviyyəsinin yoxlanılmasından imtina etməyi tövsiyə edib. Onun sözlərinə görə, bu analiz insulinrezistentliyin diaqnostikasına kömək etmir və xəstəlik artıq mövcuddursa, müalicə taktikasına təsir göstərmir. Leptin analizi də eyni səbəblərə görə faydasız sayılır.

Mütəxəssis qeyd edib ki, adətən psixi pozuntular zamanı problem yaradan serotonin və dopamin səviyyələrinin ölçülməsi klinik baxımdan mənasızdır. Həkimin fikrincə, melatonin analizi də fayda vermir, çünki bu test yuxu pozuntularını müəyyən etməyə imkan yaratmır.

Sonda endokrinoloq kortizolun qanda səviyyəsinin təyin edilməsini də məsləhət görməyib. O bildirib ki, bu hormon çoxsaylı məişət amillərinin təsiri altında dəyişir və nəticələr etibarlı olmur. Bundan əlavə, DHEA-S analizinin aparılması da zəruri deyil. Həkimin sözlərinə görə, bu testin nəticələri yorğunluğun səbəblərini izah etmir və hormonun səviyyəsi yüksəksə belə, heç bir korreksiya tələb olunmur.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən