Qadınlar insult riskini azaltmaq üçün bu pəhrizə əməl etməlidir - Nevroloq

 17:26 06.02.2026     509

Amerikalı nevroloq Sofiya Vang qadınlara insultdan qorunmaq üçün uyğun pəhrizə riayət etməyi tövsiyə edib.

Redaktor.az xəbər verir ki, o, Amerikanın Nevrologiya Akademiyasının yeni tədqiqat nəticələrini "CNN"ə açıqlayıb.

Vangın sözlərinə görə, ürək-damar sağlamlığını qorumağa kömək edən ən effektiv üsullardan biri Aralıq dənizi pəhrizidir. Bu qidalanma sistemi çərçivəsində tərəvəzlər, meyvələr, paxlalılar, zeytun yağı, qoz-fındıq və balığa üstünlük verilir, ət, süd məhsulları və spirtli içkilərin qəbulu isə məhdudlaşdırılır.

Tədqiqatçılar 1995-ci ildən 105 mindən çox qadını izləyərək Aralıq dənizi pəhrizinə əməl etməyə çalışdıqlarını müşahidə ediblər. 20 il ərzində aparılan təhlillər göstərib ki, pəhrizə ciddi riayət edən qadınlarda istənilən tipli insult riski 18%, iskemik insult riski 16%, hemorragik insult riski isə 25% azalıb.

Xüsusilə Aralıq dənizi pəhrizi yaşlı qadınlar üçün böyük əhəmiyyət kəsb edir. Vang vurğulayıb: "Qadınlarda insult riski menopauza dövründə artır və menopauzadan sonra daha yüksək olur. Bizim tədqiqatımız göstərir ki, sağlam qidalanma ilə bu risk minimuma endirilə bilər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən