Avokadonun gündəlik qəbulu ürək sağlamlığını yaxşılaşdıra bilər - Araşdırma
Alimlər tərəfindən aparılan yeni araşdırmaya görə, avokadonun müntəzəm istehlakı ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Redaktor.az xəbər verir ki, bu barədə "Healthline" portalı məlumat yayıb.
Tədqiqat zamanı 25 mindən çox insanın qidalanma vərdişləri uzun müddət ərzində izlənilib. Nəticələr göstərib ki, həftədə ən azı iki dəfə avokado yeyən şəxslərdə “pis xolesterin” (LDL) səviyyəsi daha aşağı olub, ürək tutması riski isə orta hesabla 20 faiz azalıb.
Mütəxəssislərin sözlərinə görə, avokado tərkibində olan faydalı yağlar, lif və antioksidantlar damarların elastikliyini qorumağa kömək edir. Araşdırmanın müəlliflərindən biri bildirib ki, “avokado doymuş yağlarla zəngin qidaların əvəzi kimi istifadə edildikdə, ürək sağlamlığı üçün xüsusilə faydalıdır”.
Alimlər qeyd edirlər ki, avokado təkcə ürək üçün deyil, həm də həzm sistemi və çəki nəzarəti baxımından müsbət təsir göstərir. Bununla belə, mütəxəssislər balanslı qidalanmanın vacibliyini vurğulayaraq, meyvənin həddindən artıq istehlak edilməməsini tövsiyə edirlər.
Aytəkin TOFİQQIZI













