"Uşaqlarınızı şəxsi gigiyenaya öyrədin" - Həkimdən valideynlərə MƏSLƏHƏT
"Valideynlər mütləq uşaqlarına lap körpəlikdən şəxsi gigiyena qaydalarını aşımalıdır".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y.Fərəvova adına Ekmi-Tədqiqat Pediatriya İnsitutunun pediatrı Səbinə Cəfərova Səhiyyə Nazirliyinin instaqram hesabında keçirilən canlı yayımda qeyd etdi.
Həkim vurğuladı ki, körpə uşaqların, məktəblilərin, ümumiyyətlə insanların əllərini tez-tez yuması vacibdir:
"Bütün xəstəliklərik təməli virus infeksiyalarından başlayır. Övladı məktəbə gedən valideynlər mütləq uşaqlarına öyrətməlidirlər ki, əllərini tez-tez yusunlar. Axşam yatmazdan öncə mütləq dişlərini fırçalasınlar. Yazı yazdıqları masaları tez-tez silsinlər. Bu kimi şəxsi gigiyena qaydalarına əməl etmək mütləqdir".
Nuriyyə NATİQQIZI













