Yaxşı yuxu üçün bu qidalardan uzaq DAYANIN

 16:43 11.02.2026     479

Həkim Aleksandr Olmos güclü yuxu üçün axşam yeməyində kolbasa və digər emal olunmuş ət məhsullarından imtina etməyi tövsiyə edib.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda "Deia" nəşrinə danışıb.

Olmosun sözlərinə görə, bu məhsullar bağırsaq mikroflorasının balansını pozur və melatoninin ifrazını əngəlləyir. Həkim əlavə edib ki, axşam yeməyində istehlak edilən karbohidratlar – çörək, düyü və makaron kimi – qanda şəkərin kəskin sıçramasına səbəb olur ki, bu da gecə dincəlməsinin keyfiyyətinə mənfi təsir göstərir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən