Bu qidalar onkoloji xəstəliklərin riskini azalda bilər - Həkimdən AÇIQLAMA

 09:22 16.02.2026     367

Bəzi qida məhsulları onkoloji xəstəliklərin riskini azalda bilər, lakin onlar tam qoruyucu vasitə hesab olunmamalıdır. 

Redaktor.az xəbər verir ki, bu haqda həkim Yelena Alekseyenko lenta.ru-ya məlumat verib.

Mütəxəssis bildirib ki, düzgün qurulmuş qidalanma rejimi insan sağlamlığının qorunması və möhkəmləndirilməsində 50 faizdən çox paya malikdir. Onun sözlərinə görə, yalnız sağlam qidalanma prinsiplərinə əməl etmək kifayət deyil. Müntəzəm tibbi müayinələrdən keçmək, həkimlə məsləhətləşmək, bədən çəkisini nəzarətdə saxlamaq və fiziki aktivliyi qorumaq da vacibdir.

Professor qeyd edib ki, bəzi məhsullar – meyvə şirələri, giləmeyvələr, tərəvəzlər, zəncəfil, zerdeçal və digərləri – təbii antioksidantlar və sağlamlıq üçün faydalı maddələrlə zəngindir. Bu maddələrin onkoloji xəstəliklərin riskinin azalmasına müsbət təsir göstərə biləcəyi müəyyən olunub.

Bununla belə, mütəxəssis vurğulayıb ki, heç bir məhsul xərçəngdən yüz faiz qoruma təmin etmir və sağlam həyat tərzi kompleks şəkildə qoruyucu rol oynayır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən