40 yaşdan sonra bunları mütəmadi olaraq nəzarətdə SAXLAMALISINIZ

 16:13 17.03.2026     364

Həkim Xose Abelyan bildirib ki, 40 yaşdan sonra insanlar sağlamlıqlarının üç vacib göstəricisini mütəmadi olaraq nəzarətdə saxlamalıdır.

Redaktor.az xəbər verir ki, onun tövsiyələrini "El Confidencial" nəşri yayıb.

Həkimin sözlərinə görə, bu yaşdan etibarən ilk növbədə arterial təzyiqə diqqət yetirmək lazımdır. O qeyd edib ki, hipertoniya ürək-damar xəstəliklərinin yaranması üçün əsas risk faktorlarından biridir. Abelyan əlavə edib ki, təzyiqi ev şəraitində tonometr vasitəsilə ölçmək mümkündür.

Mütəxəssis həmçinin qanda qlükoza səviyyəsinin də mütəmadi yoxlanmasını tövsiyə edib. Bu, prediabet və şəkərli diabetin erkən mərhələdə aşkar olunmasına kömək edir. Onun sözlərinə görə, problem vaxtında müəyyən edilərsə, artıq çəkinin azaldılması, qidalanma rejiminin dəyişdirilməsi və fiziki aktivliyin artırılması kimi tədbirlər görməklə xəstəliyin ağırlaşmasının qarşısını almaq mümkündür.

Bundan əlavə, həkim lipid profilinin, o cümlədən xolesterin və trigliserid səviyyəsinin də mütəmadi yoxlanmasını tövsiyə edib. Abelyan bildirib ki, bu göstəricilər aterosklerozun erkən mərhələdə aşkar edilməsinə kömək edir və həmin xəstəlik infarkt və insultun əsas səbəblərindən hesab olunur.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən