Həzm sistemi üçün risk: İsti yeməkləri rasiondan çıxarmayın

 08:48 17.04.2026     342

Rasionda isti yeməklərin olmaması həzm sistemi üçün ağır nəticələrə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə bioloq İrina Lyalina lenta.ru-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, isti qidaların qəbul edilməməsi bağırsaq hərəkətlərini zəiflədir və bu da qəbizliyə gətirib çıxara bilər. Bundan əlavə, belə qidalanma həzm fermentlərinin ifrazını pozur, nəticədə qidalar daha çətin həzm olunur, mədə selikli qişası qıcıqlanır və zamanla qastrit, daha ağır hallarda isə xora xəstəliyi yarana bilər.

Mütəxəssis qeyd edib ki, isti yeməyin rasionda olmaması ödün qatılaşmasına səbəb olur. Bu isə öd kisəsində daşların əmələ gəlməsi və xolesistit (öd kisəsinin iltihabı) riskini artırır. Eyni zamanda bu cür qidalanma mədəaltı vəzə mənfi təsir göstərərək pankreatitə səbəb ola bilər.

Lyalinanın fikrincə, soyuq qidaların həzmi üçün orqanizm daha çox enerji sərf edir. Bu da maddələr mübadiləsinin pozulmasına və qida maddələrinin mənimsənilməsində problemlərə yol aça bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən