Həkimlərdən mühüm çağırış: Diqqət və yaddaşı qorumağın yolları

 12:48 22.04.2026     357

Nevroloq həkimlər beyin sağlamlığını yaxşılaşdırmaq üçün gündəlik bəzi vərdişlərin dəyişdirilməsini tövsiyə ediblər.

Redaktor.az xəbər verir ki, onların məsləhətlərini “Eating Well” nəşri yayıb.

Nevroloq Rab Xan bildirib ki, yuxunun keyfiyyətinə diqqət yetirmək vacibdir.

Onun sözlərinə görə, insanlar yuxu üçün sabit rejim saxlamalı, hər gün eyni vaxtda yatıb eyni vaxtda oyanmalı və yatmazdan əvvəl elektron cihazlardan istifadəni azaltmalıdırlar. Bundan əlavə, həkim mütəmadi fiziki aktivliklə məşğul olmağı və uzun müddət hərəkətsiz oturmamağı tövsiyə edib.

Digər nevroloq Kimberli İdoko isə gün ərzində “idrak sakitliyi” adlanan fasilələrin verilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu fasilələr diqqətin toplanmasına və zehni aydınlığın qorunmasına kömək edir.

“Daim onlayn olmaq beyni yüksək gərginlik vəziyyətində saxlayır. Bu zaman diqqət dağılır və yaddaşla emosional tənzimləmə üçün lazım olan şərait yaranmır”, – deyə o izah edib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən