56 yaşında demensiya: Xəstəliyin ilk siqnalları

 13:13 22.04.2026     340

Britaniyalı Con Qrin 56 yaşında olarkən demensiyaya tutulub.

Redaktor.az xəbər verir ki, onun həyat yoldaşı Janet “Daily Mail”ə xəstəliyin ilk əlamətlərini necə görməzlikdən gəldiklərini danışıb.

Onun sözlərinə görə, xəstəlikdən bir neçə ay əvvəl Con daha çox unutqan olmağa başlayıb. O, görüşləri unudur, işdə çətinlik çəkir və kompüterdən istifadə etməkdə problem yaşayırdı. Cütlük əvvəlcə buna ciddi fikir verməyib, amma vəziyyət getdikcə pisləşib.

Sonra Con avtomobil idarə edə bilməyib və işini itirib. Həkim müayinəsindən sonra ona sürətlə inkişaf edən Alzheimer xəstəliyi diaqnozu qoyulub.

Janet bildirib ki, bu vəziyyət onun üçün çox ağır olub. Onun sözlərinə görə, Conun davranışı dəyişib, bəzən aqressiv və gözlənilməz olub. O, qeyd edib ki, ərinə baxmaq onun üçün çox çətin olub və artıq özünü həyat yoldaşı yox, baxıcı kimi hiss edib. Daha sonra Conun vəziyyəti daha da pisləşib və o, qocalar evinə yerləşdirilib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən