Gündəlik 5 dəqiqəlik "mikro-məşq" ömrü UZADIR

 21:42 01.05.2026     418

Alimlər aşkar ediblər ki, gün ərzində cəmi 3-5 dəqiqə davam edən intensiv hərəkətlər (məsələn, pilləkənləri sürətlə qalxmaq və ya avtobusa qaçmaq) xərçəng və ürək-damar xəstəliklərindən ölüm riskini 40% azaldır.

Redaktor.az "Nature Medicine" jurnalında dərc olunan genişmiqyaslı araşdırmaya istinadən bildirir ki, idman zalına getməyə vaxtı olmayanlar üçün yeni ümid yaranıb.

 Mikro-məşqlər maddələr mübadiləsini aktivləşdirərək orqanizmi uzunmüddətli idman qədər gümrah saxlayır.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən