Bu növ göbələk orqanları sıradan çıxarır - XƏBƏRDARLIQ
Lomonosov adına Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin elmi işçisi Nikita Komissarov may ayında meşələrdə rast gəlinən göbələk növləri barədə məlumat verib.
Redaktor.az "RT" kanalına istinadən xəbər verir.
Ekspertin sözlərinə görə, hazırda meşələrdə əsasən quzqarnı (smorçok) və sərvşəkilli (stroçok) göbələklərə rast gəlinir. Quzqarnı göbələkləri adətən bir-iki il əvvəl yanğın baş vermiş köhnə meşə massivlərində yetişir.
Komissarov sərvşəkilli (stroçok) göbələkləri ilə bağlı xüsusi xəbərdarlıq edib. O bildirib ki, bu göbələklərin tərkibində qaraciyər, böyrəklər və sidik-ifrazat sisteminə ciddi zərər vura biləcək toksik birləşmələr var.
Bundan əlavə, meşələrdə may göbələklərinə də rast gəlmək mümkündür. Quruluşuna görə şampinyonlara bənzəsələr də, ayaq hissələrində "ətək" (həlqə) olmur. Onlar boz-ağ-bej rəngləri və un qoxusu ilə fərqlənirlər. May ayının sonuna yaxın isə yıxılmış ağacların gövdələrində və kötüklərdə yetişən kükürd-sarı trutovik göbələklərini toplamaq mümkün olacaq.
Xədicə BAXIŞLI













