Maqnezium və stres: Niyə hamıya bu mineral lazımdır?

 22:52 06.05.2026     489

Müasir insanların 50%-dən çoxunda maqnezium çatışmazlığı müşahidə olunur. Dietoloq Helen Delikaçios bildirir ki, maqnezium bədəndə 300-dən çox biokimyəvi reaksiyada iştirak edir.

Redaktor.az bu barədə "Harvard Health Publishing" bülleteninə istinadən xəbər verir.

Maqnezium çatışmazlığı zamanı insanlarda səbəbsiz narahatlıq, əzələ qıcolmaları və xroniki yorğunluq yaranır. Mütəxəssis maqneziumla zəngin olan balqabaq tumu, ispanaq və tünd şokolad (ən azı 70% kakao) istehlakını artırmağı tövsiyə edir. Bu mineral sinir sistemini sakitləşdirərək stres hormonu olan kortizolun səviyyəsini aşağı salır.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən