Yoqanın FAYDALARI
Yoqa ustası Siddha Akşar arıqlamağa kömək edən məşqləri açıqlayıb.
Redaktor.az bu haqda "Men Today"a istinadla məlumat verir.
Onun sözlərinə görə, yoqa həm arıqlamağa, həm də bədəni daha sağlam və gümrah saxlamağa kömək edir. Mütəxəssis gündəlik yoqa etməyi tövsiyə edib.
Mütəxəssis qeyd edib ki, yoqa hərəkətləri qarın və bel nahiyəsindəki əzələləri gücləndirir, bədənin elastikliyini artırır. O bildirib ki, düzgün nəfəs texnikası ilə birlikdə edilən yoqa məşqləri stressi azaltmağa və enerjini artırmağa da kömək edir.
Aytəkin TOFİQQIZI













