Sağlam səhər yeməyi necə olmalıdır? - Biokimyaçıdan AÇIQLAMA

 11:30 26.05.2026     419

Biokimyaçı Cessi İnşauspe sağlam və enerjili gün keçirmək üçün səhər yeməyinin böyük rol oynadığını bildirib.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu barədə “El Tiempo”ya danışıb.

O, müsahibəsində qeyd edib ki, günün ilk yeməyi qan şəkərinin kəskin yüksəlməsinə səbəb olmamalıdır. Əks halda insan gün ərzində özünü yorğun, əsəbi və diqqətsiz hiss edə bilər.

Mütəxəssisin sözlərinə görə, şəkərli səhər yeməkləri qlükoza səviyyəsini sürətlə artırır. Bu isə sonradan enerji azalmasına və stressə səbəb ola bilər.

İnşauspe bildirib ki, səhər yeməyində zülal və faydalı yağların olması daha yaxşı seçimdir. Bu cür qidalar qan şəkərini balansda saxlayır və uzunmüddətli enerji verir.

Biokimyaçı həmçinin qidaların yeyilmə ardıcıllığının da vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, əvvəlcə lifli tərəvəzlər, sonra zülal və yağlı qidalar, ən sonda isə karbohidratlar qəbul edilməlidir. Bu zaman qlükoza səviyyəsi daha stabil olur və insan özünü daha yaxşı hiss edir.

Aytəkin TOFİQQIZI

 

 

 

Vumart və Güvən reklamı Vumart Güvən