Yuxu rejiminin pozulması bağırsaq xərçəngi riskini ARTIRIR
Yuxu rejiminin müntəzəm olaraq pozulması və xroniki yuxusuzluq bağırsaqda bədxassəli şişlərin yaranma riskini kəskin şəkildə artırır.
Redaktor.az xəbər verir ki, bu qənaətə ABŞ-nin Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri gəliblər. Tədqiqatın nəticələri nüfuzlu "Science Advances" jurnalında dərc olunub.
Alimlər bədənin bioloji saatını (sirkad ritmlərini) idarə edən genlərin bağırsaq sağlamlığı ilə əlaqəsini araşdırıblar. Laboratoriya siçanları üzərində aparılan təcrübələr zamanı süni şəkildə yaradılan növbəli iş rejimi və yuxu pozuntuları müşahidə edilib.
Məlum olub ki, bioloji ritmin pozulması bağırsağın selikli qişasında iltihabi prosesləri sürətləndirir və immun sisteminin şiş hüceyrələrinə qarşı mübarizə qabiliyyətini zəiflədir. Yuxusuzluqdan əziyyət çəkən subyektlərdə bağırsaq mikrobiomunun (faydalı bakteriyaların) tərkibi mənfi tərəfə dəyişib ki, bu da birbaşa xərçəngönü poliplərin inkişafına təkan verib.
Tədqiqat müəllifləri qeyd edirlər ki, müasir dövrdə gecə növbəsində işləyən və ya gec saatlara qədər yatmayan insanlarda kolorektal xərçəngə yoluxma dinamikası sürətlə artmaqdadır. Alimlər gələcək araşdırmalarda yuxu rejimini bərpa edən preparatların xərçəngin profilaktikasında rolunu öyrənməyi planlaşdırırlar.
Xədicə BAXIŞLI












