Mütəxəssis ən pis səhər yeməyi seçimini AÇIQLADI

 10:50 03.06.2026     342

Bəzi məşhur səhər yeməkləri sağlamlıq üçün zərərli ola bilər.

Redaktor.az xəbər verir ki, dietoloq Luyis Miralles bu haqda aif.ru-ya danışıb.

Həkim qeyd edib ki, yağlı tost, kolbasa və qəhvədən ibarət səhər yeməyi günə başlamaq üçün ən pis seçimlərdən biridir.

Onun sözlərinə görə, bu cür qidalar çoxlu emal olunmuş məhsullar və rafinə edilmiş un ehtiva edir. Nəticədə insan tez acır, qanda şəkər səviyyəsi sürətlə yüksəlir və gün ərzində şişkinlik hiss edə bilər.

Mütəxəssis qeyd edib ki, belə səhər yeməyinin müntəzəm istifadəsi metabolik və hormonal balansın pozulmasına da səbəb ola bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən