Bu qablardan istifadə etməyin - XƏBƏRDARLIQ

 13:48 04.06.2026     334

Köhnəlmiş və zədələnmiş plastik qida qablarının sağlamlıq üçün risk yarada bilər.

Redaktor.az xəbər verir ki, bu barədə onkoloqlar Tinqtinq Tan və Amar Revari xəbərdarlıq ediblər.

Həkimlərin sözlərinə görə, rəngi dəyişmiş, çatlamış və ya cızılmış plastik qablar materialın parçalandığını göstərir. Bu zaman, xüsusilə qab qızdırıldıqda, plastikdən qidaya daha çox kimyəvi maddə və mikroplastik hissəciklər keçə bilər.

Mütəxəssislər bildirirlər ki, mikroplastiklərin insan orqanizminə uzunmüddətli təsirləri hələ də araşdırılır. Buna görə də lazımsız risklərdən qaçmaq tövsiyə olunur.

Onkoloqlar həmçinin qidaların plastik qablarda mikrodalğalı sobada qızdırılmasını və bu qabların yüksək temperaturda qabyuyan maşında yuyulmasını məsləhət görmürlər. Onların fikrincə, istilik plastikdən kimyəvi maddələrin qidaya keçməsini sürətləndirə bilər.

Xüsusilə yağlı yeməklər, souslar və şorbalar mikroplastik çirklənməyə daha həssas hesab olunur. Həkimlər qidaların qızdırılması üçün şüşə və ya keramika qablardan istifadə etməyi tövsiyə edirlər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən